Ana və azyaşlı qızı dəm qazından zəhərlənib 

09:49 04.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Abşeronda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

Hafta.az xəbər verir ki, "Report"un məlumatına görə, hadisə Masazır qəsəbəsində qeydə alınıb. 1995-ci il təvəllüdlü Mahmudova Zəhraxanim Azər qızı və 3 yaşlı övladı Mahmudova Lalə Toğrul qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.